Azərbaycanın Tehrandakı Səfirliyinin yeri dəyişdirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Tehrandakı səfirliyimiz yeni və daha münasib yerə köçürülüb və bununla bağlı hazırlıq işləri görülür. “Bundan sonra tezliklə diplomatik fəaliyyət bərpa olunacaq”.
Tribunainfo.az Mehr Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Səfirliyi Tehranın ən məşhur yerlərindən biri olan və hazırda İran XİN-in binası yerləşən Zərdüşt xiyabanına köçüb. Bu küçədə çoxlu sayda dövlət idarələri və nazirlikləri yerləşir.
Bundan başqa, həmin küçə İran xüsusi xidmət və polis orqanı tərəfindən ciddi qorunur.
Bu xəbərdən belə məlum olur ki, Azərbaycan tərəfi Səfirliyimizdə ötən ilin yanvarında baş vermiş terror hadisəsinin bir daha baş verməməsi və təhlükəsizliyi daha optimal təşkil etmək üçün bu addımı atıb.