Tehranın yaşayış binalarından birində güclü partlayış baş verib. Binanın çox hissəsi dağılıb.
Tribunainfo.az-ın məlumatına görə Tasnim xəbər verir ki, yaxınlıqdakı üç-dörd binaya və bir mağazaya ziyan dəyib.
Hazırda dağıntılar altından 12 nəfər çıxarılıb, üç zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Dağıntılar altında daha çox adamın olduğu güman edilir.
Partlayışın səbəbi hələlik məlum deyil.