Tehranda ağız deyəni, qulaq eşitmir: İranın Zəngəzur “dərdi”

Tehranda ağız deyəni, qulaq eşitmir: İranın Zəngəzur “dərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Zəngəzur dəhlizi ilə bağlı hay-küy davam edir.

Tribunainfo.az xəbər verir ki, ağız deyəni qulaq eşitməyə Tehranda hərənin ağzından bir avaz gəlir.

Belə ki, prezident Məsud Pezeşkian və XİN başçısı Abbas Əraqçı Zəngəzur dəhlizi məsələsində narahatlıq olmadığını bildirsələr də, bir sıra ekspertlər başqa havaya oynayırlar.

“Zəngəzurun İrana xeyri yoxdur. Bu məsələyə sadəlövh yanaşmaq olmaz”. Tribunainfo.az xəbər verir ki, bunu anti-Azərbaycançı, ermənipərəst siyasi şərhçi Ehsan Movəhhediyan deyib.

Onun iddiasına görə, Azərbaycan, Türkiyə, İsrail və NATO bu marşrutu istifadə edərək Orta Asiyadan enerji və malları İrandan keçmədən Türkiyəyə yönəltməyi planlaşdırırlar. “Bu Amerikanın regiondakı strategiyasıdır və amerikalılar bu dəhliz vasitəsilə İranın mühasirəsini başa çatdırmaq və təhlükəsizlik risklərini sərhədlərə yaxınlaşdırmaq istəyirlər”.

Movəhhediyan onu da iddia edib ki, Zəngəzur dəhlizinin tikintisi və əməkdaşlıq sənədlərinin həyata keçirilməsi tezləşərsə, İran ciddi iqtisadi və təhlükəsizlik riskləri ilə üzləşəcək. “Ona görə də bu məsələyə strateji və ciddi yanaşmaq vacibdir”.

Ekspert Məhəmmədcavad Şahcuyi isə ANA.ir saytına açıqlamasında deyib ki, Zəngəzur dəhlizi balanslaşdırılmış siyasətlərlə idarə olunmazsa, İran regional ticarətdəki payını itirə bilər. “Bununla yanaşı, bu marşrut İran üçün istifadə oluna biləcək gizli imkanlar da yaratdır”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın birləşdirən yeni quru marşrutudur. “Bu yol Transxəzər dəhlizinin tamamlayıcısı kimi nəzərdə tutulur və regionun tranzit balansında ciddi dəyişikliklər yarada bilər”.

Şahcuyi hesab edir ki, dəhlizin açılması Naxçıvan və Azərbaycanın arasındakı nəqliyyat marşrutlarını dəyişdirə, İrandan keçən ənənəvi yolların əhəmiyyətini azalda bilər. “İran şimal-cənub dəhlizlərini, xüsusilə Ermənistanla əlaqələri qoruyub saxlamalıdır. Bu, həm İranın Rusiya ilə birbaşa əlaqəsini möhkəmləndirəcək, həm də ölkənin Azərbaycan marşrutundan həddindən artıq asılılığının qarşısını alacaq”.

Fərda Uğur