Tehran yenə bizi şərlədi

Tehran yenə bizi şərlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran dağlıq Gilan əyalətində 800 km mənzilli yeni üfüqüstü radar quraşdırıb. Radar 30 km-dən çox hündürlükdə hədəfləri aşkar etməyə qadirdir və pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radar əks etdirən hədəfləri müəyyən edə bilir”.

Tribunainfo.az bildirir ki, bu məlumatı İranın “İSW” saytı yayıb.
Həmin məlumatda deyilir ki, bu radarla Azərbaycan, Ermənistan, Türkiyənin şərqi, Gürcüstan, Türkmənistanın qərbi, Qazaxıstanın cənub-qərbi və bütün Xəzər dənizi üzərindəki hava məkanı İran Hərbi Hava Qüvvələrinin nəzarəti altında olacaq.
İSW –nin iddiasına görə, İsrailin 2024-cü il oktyabrın 26-da həyata keçirdiyi hava hücumları zamanı “Bakıdakı səlahiyyətlilərin iştirakı ilə” İrana zərbə endirmək üçün Xəzər dənizinin hava məkanından istifadə edilib. “İndi “Nazir” radarı işə düşdü. Bakı və Xəzər dənizi üzərindəki səma daim İranın müdafiə şəbəkəsi tərəfindən idarə olunacaq və istənilən düşmən hərəkətlərinə müqavimət göstərəcək”.
P.S. İranın mütəmadi olaraq Azərbaycanı hədəfə alması ölkəmizin önəminin artması, elə öz medialarında etiraf etdikləri kimi geosiyasi oyunçuya çevrilməsi ilə bağlıdır. Tehran mollaları bu üstünlüyü heç bir şəkildə qəbul etmək istəmirlər. Onlar hər vəchlə, hər fürəstdə Bakını hədəfə alaraq, onu qaralamağa çalışırlar. Bu artıq onlarda xəstəlik şəklini alıb.