“Tehran seçim qarşısındadır. Mühafizəkar yanaşma mərkəzləşdirməyə diqqət yetirməyə üstünlük verir: təhlükəsizlik tədbirlərinin və regional etibarın gücləndirilməsi. Lakin bu siyasət iqtisadi durğunluğun və sosial iğtişaşların dərinləşməsi riskini daşıyır”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər SEPAH-ın nəzarətində olan Tabnak saytının dərc etdiyi məqalədəndir.
Sayt yazır ki, İranın hazırkı durumu parlaq deyil. Müəllif İranın dönüş nöqtəsində olduğunu da qeyd edib. “İran elə bir dönüş nöqtəsindədir ki, xarici siyasəti daxili dəyişikliklərdən ayırmaq olmaz. İranın vəziyyəti xarici ekzistensial təhlükələrlə üzləşməkdən və cəmiyyətin müasirlik və hesabatlılıq tələblərinə cavab verməkdən asılıdır”.
Fərda Uğur