Tehran rəsmisindən iddia: “İrandan keçən Naxşıvan marşrutu əvəzolunmazdır”

Tehran rəsmisindən iddia: “İrandan keçən Naxşıvan marşrutu əvəzolunmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Azərbaycanın Naxçıvanla əlaqə imkanlarının təmin olunmasında İrandan keçən marşrut əvəzolunmazdır”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmin Tərfa çıxış edib.

O, “Tasnim News”a açıqlamasında deyib ki, 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında marşrutu təmin etməlidir. “Ancaq tərəflər bu marşrutun hüquqi və siyasi statusu barədə fərqli yanaşmalara malikdirlər”.

Taftanın sözlərinə görə, bu məsələ bölgədə geosiyasi maraqları olan digər aktorların da diqqət mərkəzinə çevrilib. “Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də bölgənin strateji xəritəsini dəyişə biləcək potensiala malikdir. Əgər söhbət yalnız nəqliyyat dəhlizindən gedirsə, məsələ sadə görünə bilər. Amma sərhəd və geosiyasi dəyişikliklər önə çəkilərsə, İranın mövqeyi açıq və dəyişməz olaraq qalır”.

O sonda İran ərazisindən keçən marşrutların “mühüm əhəmiyyət” kəsb etdiyini, habelə “əvəzolumaz” olduğunu da iddia edib. “İran ərazisindən keçən marşrutlar, həm iqtisadi baxımdan səmərəli, həm də geosiyasi cəhətdən sabitdir. İran marşrutu hal-hazırda aktivdir və istənilən yeni dəhliz reallaşsa belə, bu marşrut Azərbaycanın Naxçıvana çıxışı baxımından hələ də ən təhlükəsiz və ucuz yoldur”.

Fərda Uğur