TEHRAN REJİMİ MARTDAN BƏRİ FƏRİDİ GİROV SAXLAYIR VƏ GİZLƏDİR” – HÜQUQ MÜDAFİƏÇİSİbackend

TEHRAN REJİMİ MARTDAN BƏRİ FƏRİDİ GİROV SAXLAYIR VƏ GİZLƏDİR” – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövləti İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərinin hüquqlarını müdafiə etməlidir. Baxmayaraq ki, o Almaniyadan Tehrana gedib, bununla belə onun azad olunması üçün iş aparılmalıdır”. Bu sözləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, Tehran rejimi yenə öz ampluasındadır: “İran Azərbaycana qarşı siyasətini davam etdirir. İsrail prezidentinin Bakı səfərindən sonra tələbənin orada casusluq ittihamı ilə həbs edilməsinin üzə çıxması maraq doğurur.

Hələlik rəsmi Tehran məlumat yaymayıb, Fəridin anası bizim Xarici İşlər Nazirliyindən aldığı məlumatı açıqlayıb. Hər halda nazirlik özü də aydınlıq gətirəcək. Eyni zamanda, İran rəsmi izahat verməlidir. Üstəlik, bu günə qədər İranda itkin düşmüş biri kimi axtarılan tələbənin harada saxlanması haqda deyilmir. Deməli, İran bu gənci martdan bəri oğurlayıb , girov kimi saxlayıb və indiyədək ailəsinə, Azərbaycan dövlətinə məlumat verməyib. Bir dövlətin saxladığı şəxsi gizlətməsi və hələ də yerini deməməsi qanun pozuntusudur. Beynəlxalq konvensiyalar var və İran buna əməl etməlidir”.

Tribunainfo.az