Tehran öz gözündə tiri görməyib, özgəsinin gözündə tük axtarır

Tehran öz gözündə tiri görməyib, özgəsinin gözündə tük axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran son zamanlar Azərbaycana qarşı olmazın iddialarla çıxış etməklə yanaşı, həm də öz günahlarını üzərimizə yıxmağa çalışır.

Tribunainfo.az xəbər verir ki, hər gün yeni iddialarla çıxış edən Tehran rejimi, bütün mümkün böhtanlardan da istifadə etməkdən çəkinmir,
Ötən gün “İran diplomatiyası” adlı sayttda çıxış edən jurnalist Bənövşə Kianuş iddia edib ki, Azərbaycan bu gün Tehranla yox, Ankara və Təl-Əvivlə münasibətlərə üstünlük verir. Onun sözlərinə görə, İran Azərbaycana daha çox yaxın ölkədir. “Aydın məsələdir ki, Azərbaycanın İsrail və Türkiyə ilə yaxın münasibətləri Tehrana qarşı cəbhə yaratmaq məqsədi daşıyır. Məqsəd İranı regional siyasətdən kənarlaşdırmaqdır”.

Digər iddia isə İranın dini liderinin sözçüsü Əbdülrəhim Sarayinin dilindən səsləndirilib. O, “Tasnim” Agentliyinə açıqlamasında deyib ki, guya, Füzuli aeroportu İsrail tərəfindən inşa edilib. “Sionist rejimin Azərbaycanda böyük nüfuzu var və bizim sərhədimizdən, xudafərin şəhərindən 17 kilometr aralıda böyük bir hava limanı tikib. Biz bu hava limanları ilə Təl-Əviv arasında gündəlik uçuşların şahidi oluruq. Bu, sionist rejimin Azərbaycan üzərində tam hökmranlığını göstərir. Sionist rejimin Azərbaycanda mövcudluğu regionda qeyri-sabitliyi artırıb və qonşu ölkələr üçün ciddi təhdiddir”.

P.S. İranın davranışı daha çox öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmağa bənzəyir. Əgər bu gün Azərbaycan İranla korrektəli davranırsa, bunun günahkarı Bakı deyil, Tehrandır. İllərdir Azərbaycana dini təbliğat adı altında kəşfiyyatçı göndərilməsini məhz İran həyata keçirib. Yüzlərlə ton narkotikin məqsədli şəkildə Azərbaycana göndərilməsini biz yox, SEPAH təşkil edib. İndiyə qədər heç bir dünya ölkəsində Azərbaycan səfirliyinə silahlı basqın edilməyib. Amma İranda bu baş verib və təşkilatçıların da kim olduğu məlumdur.

Azərbaycanın İrandan məsafəli davranmasının günahkarı biz yox, özləridir. Normal diplomatik və qonşuluq münasibəti qurmayaraq, ölkəmizdə “İslam”, “Kərimə dövlət” qurmaq illuziyaları ilə yaşayan və siyasətini bunun üzərində quran bbir dövlətlə necə münasibət saxlamaq lazımdırsa, rəsmi Bakı da o cür davranır.

Öncəliklə gedin öz gözlərindəki tiri görsünlər, daha sonra bizim gözümüzdə tük axtararlar.

Fərda Uğur