Tehran öz ampluasında: “Başqa dövlətləri bölgəyə buraxmaq olmaz”

Tehran öz ampluasında: “Başqa dövlətləri bölgəyə buraxmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran üçün Cənubi Qafqazın təhlükəsizliyi vacibdir”.

Tribunainfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Baqeri deyib.
O bildirib ki, İran Ali Təhlükəsizlik Şurasının rəhbəri Əhmədyanın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılıb və həyata keçirilib. “Azərbaycan və Ermənistanla əlaqələrimiz önəmlidir. Biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.
Baqeri onu da deyib ki, bölgə ölkələri xarici müdaxilələrdən uzaq şəkildə təhlükəsizliyi təmin etməlidir.