backend

Tehran metrosunda hücum: 1 ölü, 5 yaralı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın “Şəri-rey” metro stansiyasında bıçaqlı şəxs sərnişinlərə hücum edib. 

Tehranın “Şəri-rey” metro stansiyasında bıçaqlı şəxs sərnişinlərə hücum edib.


TİA.AZ İran mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Rəsmi məlumatlara görə, hücum edən şəxs polisin atəşi nəticəsində öldürülüb.

Hücumun terakt olub-olmadığı açıqlanmayıb.

***

İSNA agentliyinin verdiyi məlumata görə, hadisə zamanı 4 vətəndaş və bir polis yaralanıb.

Metroya soyuq silahla daxil olan cinayətkarın şəxsi münaqişə zəminində vətəndaşlara hücum etdiyi deyilir.

Polisin göstərişlərinə tabe olmayan şəxs hüquq mühafizə orqanı əməkdaşlarının atəş açması nəticəsində yaralanıb. O, xəstəxanaya çatdırılan zaman keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bəzi məlumatlara görə, hadisəyə həmin şəxsin bir din xadimi ilə konflikt yaşaması və bu durumdan narazılığı səbəb olub.