İran XİN-in birinci müavini Məcid Təxte Rəvançi bəyan edib ki, ölkəsi Ermənistanla strateji əlaqələrə dair sənəd imzalamağa çalışır.
Tribunainfo.az xəbər verir ki, o, bu sənədə iki ölkə arasında bütün əlaqələrin daxil ediləcəyini bildirib.
O deyib: “Biz Ermənistanla strateji əlaqələr sənədinin imzalanması istiqamətində çalışmalıyıq. Bu nəqliyyat dəhlizi, mədəniyyət, ticarət və digər sahələri əhatə etməlidir”.
Rəvançı Bakı-İrəvan münasibətlərinə də toxunub. O bildirib ki, sülh danışıqlarının yekunlaşmasını eşidəndə seviniblər. “Çünki uzun illər davam edən qan və düşmənçilikdən sonra indi iki ölkənin diqqətini iki xalqın gələcəyinin qurulmasına yönəltməsinin vaxtı çatıb”.
Fərda Uğur