“İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və sıxdır. İki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi istək var”. Tribunainfo.az xəbər verir ki, bu sözləri İran XİN-in mətbuat katibi Naser Kənani deyib.
O bildirib ki, hər iki tərəf regionda sabitlik və təhlükəsizliyin, eləcə də sərhəd təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayırlar. “Amma biz ölkələr arasında ikitərəfli məsələləri şərh etmirik”.
Rəsmi Tehran Ermənistana xəbərdarlıq etdiyini də bəyan edib. Kənani bildirib ki, məsələ ABŞ-ın bu ölkəyə yerləşməsi ilə bağlıdır. “İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. Bununla bağlı biz erməni tərəfdaşlarımıza öz narahatlığımızı bildirdik. Həmçinin onlara bununla bağlı xəbərdarlıq etmişik”.