Tehran əyalət rəhbərlərinə məxfi məktub göndərdi: “Hazırlıqlı olun”

Tehran əyalət rəhbərlərinə məxfi məktub göndərdi: “Hazırlıqlı olun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün məlum olub ki, İran Ali Milli Təhlükəsizlik Şurası bütün əyalət rəhbərlərinə məxfi sənəd göndərərək, onların müharibə hazırlığı görmələrini tapşırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “İran İnternational” saytı məlumat yayıb.

Həmin sənəddə qeyd edilib ki, yerli əyalət rəhbərləri İsrailin mümkün hava hücumlarına dair hazırlıqlı olmalıdırlar.

Bundan başqa, məktubda ABŞ hərbi bazalarında dronların uçuşlarında fəallığın artdığı və İsrailin İran generalları və strateji obyektlərini hədəf alan “ikinci siyahı” hazırladığı bildirilir.

Şura bütün hərbi qurumları, ictimai təşviş yaratmadan, hazırlıq səviyyəsini artırmağa çağırıb.

Fərda Uğur