Tehran Bakıya qarşı yenə öz ampluasındabackend

Tehran Bakıya qarşı yenə öz ampluasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İrana spn hücumundan sonra bəzi ölkələr bu hadisəni pisləyən bəyanatlar veriblər. Tribunainfo.az xəbər verir ki, həmin ölkələr arasında dünya nizamında ciddi mövqeyi olanlar yoxdur. Üstəlik, sayları da çox azdır.
Lakin İran başqa dövlətləri bir kənara qoyaraq, yenidən Azərbaycanı hədəfə alıb. SEPAH-a bağlı “Parstoday” saytı bununla bağlı “Rəsmi Bakı xunta rejimindən ehtiyat edir” başlıqlı xəbər dərc edib.
Yazıda əksər ölkələrin İsrailin İrana hücumunu pislədiyi, lakin Azərbaycanın hələ də məsələdə susqun qaldığı iddia olunur. Sayt “Azərbaycan hakimiyyəti işğalçı rejimin xətrinə dəyməmək üçün məlum təcavüz aktına münasibət bildirməkdən çəkinir” iddiasını irəli sürüb.
P.S. İranın Azərbaycan dərdi bitmir. Dünyanın o biri başında hər hansı neqativ hadisə baş versə belə, Tehran bir şəkildə onu Azərbaycana “calamağa” çalışır. Bu bəhanə də onlardan biridir.