TEHRAN ALMANİYA KANSLERİNİN NÜVƏ PROQRAMI İLƏ BAĞLI AÇIQLAMALARINA REAKSİYA VERDİbackend

TEHRAN ALMANİYA KANSLERİNİN NÜVƏ PROQRAMI İLƏ BAĞLI AÇIQLAMALARINA REAKSİYA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya kanslerinin İranın sülhməramlı nüvə proqramı ilə bağlı son açıqlamalarını tənqid edərək, bunları İrana qarşı ikiüzlü və əsassız iddia və ittihamlar adlandırıb.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, Nasir Kənani Almaniya kansleri Olaf Şolzun sionist rejimin baş naziri Binyamin Netanyahu ilə görüşündə İran əleyhinə açıqlamalarına reaksiya olaraq deyib: “İran İslam Respublikasının nüvə silahı əldə etməyə çalışdığı iddiası Almaniya rəsmilərinin sionist rejimin siyasətini izləyirlər”.

“Almaniya rəsmilərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin ən ciddi nəzarəti altında İranın dinc nüvə proqramını təhlükə kimi təqdim etmələri təəccüblüdür, lakin saxta, işğalçı və qeyri-qanuni sionist rejimin geniş nüvə silahı arsenalının təhdidləri barədə heç nə demirlər”, – o əlavə edib.

Kənani bəzi qərb hökumətlərinin İran İslam Respublikasına qarşı ikiüzlü və əsassız iddia və ittihamlarını tənqid edərək bildirib ki, müstəqil ölkələr və dünyanın ictimai rəyi ikili standartlara əsaslanan bu cür mövqe və davranışlardan bezib.