Tehran 10 gündür qisas  ala bilmir: zərbə hardan gələcək? – Rəybackend

Tehran 10 gündür qisas ala bilmir: zərbə hardan gələcək? – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur “The Telegraph” qəzeti maraqlı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, söhbət İran prezidenti Məsud Pezeşkiyanın İsraillə hücumla bağlı mövqeyindən gedir.
Qəzet yazır ki, Pezeşkiyan SEPAH generalları ilə hücum məsələsində fikir ayrılığı içindədir. Belə ki, generallar İsrailə birbaşa hücum tərəfdarı olsalar da, yeni prezident buna qarşıdır. Tehrandakı hökumət mənbələrinə istinadən “The Telegraph” yazır ki, Məsud Pezeşkian İranın qonşu ölkələrində yerləşən İsrailin gizli bazalarına hücum etməyi təklif edib. “Pezeşkian qorxur ki, İsrailə qarşı istənilən birbaşa hücum ciddi nəticələrə səbəb olacaq”.
İddianın maraqlı tərəfi odur ki, İran prezidenti birbaşa Təl Əvivi deyil, Azərbaycan və daha bir neçə məntəqədəki bazaların vurulmasını təklif edib. “O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı bazaları hədəf almağı təklif edib. Sonra isə bu barədə həmin ölkələrə danışıq apararaq, məsələni bitirmələrini istəyib”.
Eyni zamanda İran prezidenti “Hizbullah”ı daha müasir silahlarla silahlandırmaq və İranın ciddi dəstəyi ilə onların aktiv müharibə aparmasını da təklif edib.
Bununla bağlı Tribunainfo.az-a açıqlama verən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, yayılan məlumat real görünmür. Onun fikrincə, bu tip xəbərlər məqsədli şəkildə dövriyyəyə buraxılır. “Son bir neçə gündə İranla Azərbaycan arasında danışıqlar olub. Bu danışıqlar əsasən Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolu, Araz dəhlizi və bir sıra məsələlərlə bağlı olub. Gələn xəbərlərdən də məlum olur ki, Rusiyanın da iştirak etdiyi danışıqlarda önəmli nəticələr əldə edilib. Üstəlik, İran hal hazırda qonşu ölkələrlə münasibətləri maksimum sahmana salır. Tacikistanla viza rejimini ləğv edib, Türkmənistan bir neçə ciddi razılaşma əldə edib və sairə. Paralel olaraq, Pezeşkiyanın başlıca hədəflərindən biri də qonşu ölkələrlə ticarət əlaqələrini genişləndirməkdir. Bunların fonunda İranın yeni prezidentinin Azərbaycan və İraq kimi ölkələrə raket hücumları təşkil etmək fikrinə düşməsi inandırıcı deyil. Bu, həm də geri dönüşü olmayan nəticələr verə bilər”.
Fəraməzoğlu deyib ki, İran Azərbaycan ərazisinə raket atarsa, bu, Şimal-cənub dəhlizinin bağlanması, böyük bir layihənin bitməsi demək olar. “Bu Rusiyanın qəti marağında deyil. Onlar da belə bir şeyə imkan verməzlər. Ona görə də, hesab edirəm ki, belə xəbərlərin dövriyyəyə buraxılması məqsədidir və reallıqdan uzaqdır”.

Rail