“Təhminə” 30 il sonra yenidən Azərbaycan kinosunda – VİDEObackend

“Təhminə” 30 il sonra yenidən Azərbaycan kinosunda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 il əvvəl yazıçı Anarın əsəri əsasında Rasim Ocaqovun rejissorluğu ilə lentə alınan “Təhminə və Zaur” filmində baş rolda çəkilən aktrisa Meral Konrat yenidən Azərbaycan layihəsində rol alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə kino ulduzu Instagram səhifəsində məlumat yayıb. Məlum olub ki, Meral Konrat 30 il sonra “Elçilik” adlanan komediya filmində çəkilmək üçün Azərbaycana gəlib.

Filmin çəkilişləri hazırda davam edir. Rejissorluğunu İlham Yaşaroğlunun həyata keçirdiyi ekran işi martda nümayiş olunacaq.