backend

TƏHLÜKƏ: evinizdə bu oyuncaqlar varsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu oyuncaqlar uşaqlarınızın bütün danışdıqlarını qeydə alır. Əgər evinizdə belə oyuncaqlar varsa, onlardan ən qısa zamanda xilas olmalısınız. 

Bu oyuncaqlar uşaqlarınızın bütün danışdıqlarını qeydə alır. Əgər evinizdə belə oyuncaqlar varsa, onlardan ən qısa zamanda xilas olmalısınız.

TİA.AZ-ın məlumatına görə, bu barədə Almaniyanın telekommunikasiyadan məsul qurumu “Bundesnetzagentur” şirkəti açıqlama yayıb.

Rəsmilərin sözlərinə görə, bu oyuncaqların içərisinə “blutuz” yerləşdirilib.

Sahibinin suallarını internetə qoşulmaqla cavablayan “Cayla” adlı bu oyuncaqların məhv edilməsi tələbi irəli sürülüb. Onun bu özəlliyi Stefan Hessel adlı tələbə tərəfindən aşkarlanıb. Hessel “blutuz”u olan bir cihazın 10 metr məsafədən “Ceyla”nın mikrofonuna bağlana biləcəyini müəyyən edib. Mütəxəssislər hakerlərin bu oyuncaqlar vasitəsilə uşaqlarla danışa biləcəyini xəbərdarlıq edir.

“Cayla”nın sistemindəki zəiflik 2015-ci ilin yanvarında ABŞ və Avropada istehlakçıların şikayətlərinə səbəb olmuşdu. Oyuncaqların satışını həyata keçirən “Vivid toy” adlı şirkət problemlərin aradan qaldırılacağını açıqlayıb. Lakin bu oyuncaqları isehsal edən “Genesis Toys” şirkəti hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, Almaniyada casusluq məqsədilə istifadə edilə cihazlar qadağandır. Bu cihazları satan və ya üstündə gəzdirənləri iki ilə qədər həbs cəzası gözləyir.