TƏHDİD VƏ ŞANTAJ – TÜRKİYƏ ERMƏNİSTANDAN NƏ TƏLƏB EDİR?backend

TƏHDİD VƏ ŞANTAJ – TÜRKİYƏ ERMƏNİSTANDAN NƏ TƏLƏB EDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində güzəştə gedib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün bu addımları atıb.

“Amma bir daha göstərdilər ki, səmimi deyillər… Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı qətlə yetirənlərin şərəfinə abidənin (Nemesis) qoyulmasını qəbul etmirik”, – Çavuşoğlu bildirib.

O əlavə edib ki, Türkiyə tərəfi abidənin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələdə Ermənistana qarşı yeni addımlar atacaq.