“Təhdid edilməyəcək qədər zəngin ölkəyik” – Qətər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin maliyyə naziri Əli Şərif əl-Əmadi onlardan üz çevirən ərəb ölkələri ilə Qətərin iqtisadiyyatını müqayisə edib. 

Qətərin maliyyə naziri Əli Şərif əl-Əmadi onlardan üz çevirən ərəb ölkələri ilə Qətərin iqtisadiyyatını müqayisə edib.

TİA.AZ  Türkiyə  KİV-nə istinadən xəbər verir ki, nazir təbii qaz satışı nəticəsində güclü maliyyə ehtiyatına sahib olduqlarını bildirib. O, Qətər Mərkəzi Bankında yetərincə maddi ehtiyatlarının olduğunu qeyd edib.

Ölkəsinin iqtisadiyyatını  Dohaya embarqo tətbiq edən ölkələrin iqtisadiyyatları müqayisə edən əl-Əmadi Qətərin təhdid edilməyəcək qədər zəngin olduğunu söyləyib.  O, “Bəhreyn və Misirin kredit reytinqi zibil səviyyəsindədir. Səudiyyə Ərəbistanına nəzər yetirdikdə isə maliyyə vəziyyətləri ilə əlaqədar real problemlər yaşadığını görəcəksiniz”,-deyib.