Təcili yardım maşını ağır qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var. 

Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.

Mingəçevir rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınınbaş həkimi Məzahir Yusifov TİA.AZ-a bildirib ki, qəza nəticəsində 4 nəfər əməkdaş xəsarət alıb:

“Hadisə əməkdaşlarımız ağır xəstə üstünə gedərkən baş verib. Təcili yardım maşını ilə iki avtomobil toqquşub. Nəticədə təcili yardım həkimi, tibb bacısı, sanitar işçi və sürücü yaralanıb. Digər avtomobillərdə olan sürücü və sərnişinlər yüngül şikayətləri olub. Bizim əməkdaşlarımızın da vəziyyəti ağır deyil. Ümumi şikayət əzilmə ilə bağlıdır. Yalnız sürücü Əli Mikayılovun vəziyyəti nisbətən ağır olduğundan sstasionar müalicəyə cəlb edilib”.