backend

Təcili yardım işçilərini döyənlər məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının döyülməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının döyülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar Təcili və Təxirə salınmaz Tibbi Yardım Stansiyası hüquq-mühafizə orqanlarına müraciət edib:

Bu artıq birinci hal deyil. Həkimlərin də qorunmaq haqqı var. Dəfələrlə olub ki, xəstə üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları onların yaxınları tərəfindən döyülüb. Bu hallara son qoyulmalıdır. Təcili yardımın sürücüsü döyülüb, maşını qırmaq istəyiblər. Tibb bacısı müxtəlif zədələr alıb və xəstəxanaya yerləşdirilib. Bunu görən rəhbərlik də məsələni qanun müstəvisində həll etməyi qarşısına məqsəd qoyub. Artıq şikayət olunub.

Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb. Buna səbəb həkimlərin çağırış yerinə gec gəlməsi olduğu deyilir.