“Təcili yardım gec gəldi, laqeydlikdən öldü” – Video

“Təcili yardım gec gəldi, laqeydlikdən öldü” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində arı sancması ölümlə nəticələnib.

Tribunainfo.az-ın məlumatına əsasən, Baku TV-yə danışan mərhumun qohumu Cənnət Musayeva bildirib ki, hadisə 61 yaşlı kənd sakini Murad Hümmətovun nahar etdiyi zaman baş verib.

“Yemək yeyirdik, birdən dedi ki, məni arı vurdu. Əvvəlcə dilindən, daha sonra qırtlağından vurub. Arının iynəsini göstərdi mənə. Murada tez “Dimedrol” vurdum, 103-ə zəng etdim. Ürəyində problem var idi, zobdan əməliyyat olunmuşdu. Gec gəldilər. Dedilər, 2 ambulansımız var, biri başqa yerdədir, o biri də indi gələcək. Laqeydliyin ucbatından öldü”, – C.Musayeva qeyd edib.

Daha ətraflı videomaterialda: