Təcili yardım çağırışa 1 saatdan sonra gəldi – ETİRAZ/FOTOFAKT

Təcili yardım çağırışa 1 saatdan sonra gəldi – ETİRAZ/FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sakini İlhamə Xankişiyeva Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) şikayətçidir.

Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, avqustun 2-də gecə saatlarında səhhətində qəfil narahatlıq olub. Təcili Tibbi Yardıma dərhal müraciət olunsa da, tibbi briqada çağırışa 1 saatdan sonra gəlib:

“Gecə səhhətimdə yaranan problemə görə bacım təcili yardım çağırdı. Təcili yardım 01:26-da çağırılsa da 02:36-da gəlib. Bu özlərinin təqdim etdiyi vərəqdə də əks olunub. 1 saat 10 dəqiqəyə təcili yardım gəlir? Mənə sadəcə maraqlıdır ki, insan həyatı bu qədər önəmsizdir? Bir saatdan sonra gələn təcili yardım kimə lazımdır ki?”, deyə İlhamə xanım etiraz edir.

Musavat.com sözügedən şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.