Erməni teleqram kanalları xəbər yayıb ki, mifik “artsax müdafiə ordusu komandanı”, “müdafiə naziri” Kamo Vardanyan Qarabağdan Ermənistana qaçıb. Tribunainfo.az bildirir ki, Vardanyan Hadrutda doğulub. Onun dosyesində qeyd olunub ki, 1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini — qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007–2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi.
2012-ci il noyabrın 12-də Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 6 may 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.
11 sentyabr 2021-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri təyin olunub. 1992–1994, 2016 və 2020-ci illərdə hərbi əməliyyatlarda iştirak edib.