Rusiyanın Türkiyədəki səfirinə qarşı sui-qəsd olub. Rusiyanın Türkiyədəki səfirinə qarşı sui-qəsd olub.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, sui-qəsd nəticəsində səfir Andrey Karlovun yaralandığı bildirilir. Hücumda səfirdən başqa da yaralıların olduğu bildirilir. “Hürriyyət” nəşrinin Ankara nümayəndəsinin bələdiyyə səlahiyyətlilərinə istinad edərək verdiyi xəbərə görə, silahlı sərgiyə polis vəsiqəsini göstərərək girib. Silahlı səfir çıxış edərkən əvvəlcə havaya atəş açıb, daha sonra səfiri vurub. Nəşrə danışan rusiyalı səlahiyyətlilər silahlının terrorçu olduğunu bildiriblər. Onun hələ də sərginin keçirildiyi binada olduğu deyilir.
“Hurriyet”-in verdiyi məlumata görə, hücum radikal islamçılar tərəfindən həyata keçirilib. Məlum olub ki,səfiri güllələyən şəxs saxta polis vəsiqəsi ilə sərgi salonuna daxil olub.
Silahlı şəxs “Biz sizin kimi Hələbdə günahasız insanları öldürmürük” deyərək səfirə ən azı 6 dəfə atəş açıb.
Hazırda ərazidə atəş səsləri eşidilir.
Hazırda xüsusi hərəkat polisləri binanı mühasirəyə alıb. İçəridən 15-20 dəfə silah səsi eşidilib. Son məlumatlara görə, qarşıdurma davam edir.
Hücum zamanı içəridə təxminən 100-ə qədər adam olub. Silahlı Hələblə əlaqədar bəzi sözlər söylədikdən sonra insanlardan çölə çıxmasını istəyib. O, insanlar çölə çıxarkən səfirə atəş açıb.
Türkiyənin daxili işlər naziri hazırda hadisə yerindədir. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisənin baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İlkin ehtimallara görə, Rusiya səfirinin güllələnməsi sabah Mosvkada keçiriləcək Suriya ilə bağlı görüşün qarşısını almaqdır.
Qeyd edək ki, dekabrın 20-da Moskvada Rusiya, İran və Türkiyənin müdafiə nazirlərinin görüşü olacaq.
Görüşdə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi və Suriya probleminin nizamlanması məsələləri müzakirə olunacaq.
Xəbər yenilənir…(azvision)