TƏCİLİ: Rusiyanın hərbi təyyarəsi yerə ÇIRPILDI -74 ÖLÜ (VİDEO)backend

TƏCİLİ: Rusiyanın hərbi təyyarəsi yerə ÇIRPILDI -74 ÖLÜ (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilib.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.

***

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.

Rusiyanın “112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan İl-76 hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

***

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə Ukraynanın əsir götürülmüş 65 hərbçisi var idi və onlar mübadilə üçün Belqorod vilayətinə aparılırdı.

“Təyyarədə mübadilə üçün Belqorod vilayətinə aparılan 65 ukraynalı hərbçi, onları müşayiət edən 3 nəfər və 6 ekipaj üzvü olub”, – məlumatda qeyd olunub.