TƏCİLİ! Rusiyanın daha iki şəhərində PARTLAYIŞLAR… – Ekspert isə deyir ki…backend

TƏCİLİ! Rusiyanın daha iki şəhərində PARTLAYIŞLAR… – Ekspert isə deyir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Voronej şəhərində kafedə partlayış baş verib. Tribunainfo.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Rusiya mətbuatı kafenin zədələnməsinə və şüşələrinin sınmasına səbəb olan hadisənin bombalı hücum olduğunu bildirib.
Partlayış zamanı kafenin boş olduğu, ölən və yaralananların olmadığı bildirilib. Rusiya martın 22-də paytaxt Moskvada konsert salonunda baş verən və 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktından sonra həyəcan təbili çalıb.
Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində isə “Uralmaşzavod”da böyük yanğın başlayıb. Rusiya mətbuatı məlumat yayıb. Yanğın 800 kvadrat metr ərazini əhatə edir. Qeyd edək ki, şəhərdə Mərkəzi Hərbi Dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir.
Siyasi ekspert Ramiyə Məmmədovanın saytımıza bildirdiyinə görə, bundan sonra Rusiyada belə hadisələr adiləşəcək. Onun fikrincə, ölkədə destabilizasiya yaradılır və hər gün hansısa şəhərdə bir partlayış, bir terror olacaq. Təhlilçi hesab edir ki, müharibə xaotik və dron hücumları ilə Rusiya ərazisinə keçirilir.

Roman