Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.
Yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. (Report)