Prezident seçkisindən sonra Nazirlər Kabinetində və hakim komandada dəyişikliklər gözlənilir. Tribunainfo.az-a məlumatlı qaynaqdan gələn xəbərlərə görə, dövlət başçısı ASAN modelini inkişaf etdirərək idarəetmədə köklü dəyişikliklər edəcək. Bu da etimadı doğrultmayan bəzi nazirlərin, icra başçılarının, yüksək çinli məmurların işini itirməsi işə nəticələnəcək. Prezident innovativ addımları sürətləndirməklə müasir və bacarıqlı komanda ilə işə davam edəcək. Çünki bu müddətdə təyin olunan bəzi gənc nazirlər, icra hakimləri özlərini təsdiqləyə bilmədilər. Bu barədə daha ətraflı məlumat verəcəyik.