TƏCİLİ: Pezeşkian İsrail bazalarına HÜCUM əmri verdibackend

TƏCİLİ: Pezeşkian İsrail bazalarına HÜCUM əmri verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı generallar Tel-Əvivə birbaşa hücumda israr edirlər, lakin İranın yeni prezidenti Məsud Pezeşkian İranın qonşu ölkələrində yerləşən İsrailin gizli bazalarına hücum etməyi təklif edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

İranın yeni prezidenti İsraillə genişmiqyaslı müharibənin qarşısını almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sərt xətti ilə mübarizə aparır.

İran hakimiyyəti HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə reaksiya verəcəyi ilə bağlı fikir ayrılığına düşüb. İranın cavabı ilə bağlı son məsuliyyət ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin üzərinə düşür.

“Pezeşkian qorxur ki, İsrailə qarşı istənilən birbaşa hücum ciddi nəticələrə səbəb olacaq”, – İran prezidentinə yaxın mənbə bildirib.

Eyni zamanda İran prezidenti “Hizbullah”ı daha müasir silahlarla silahlandırmaq və İranın ağır dəstəyi ilə “onların müharibəyə getməsinə imkan yaratmağı” təklif edib.