TƏCİLİ: Paşinyan rus hərbçiləri qovur – ölkə çevriliş astanasında…

TƏCİLİ: Paşinyan rus hərbçiləri qovur – ölkə çevriliş astanasında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır. Simonyan rus sərhədçilərə güvənmədiyini deyib: “Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm”. Bu açıqlama gündəmə bomba kimi düşüb və gərginliyi artırıb. Mövzunu Tribunainfo.az-a dəyərləndirən siyasi şərhçi Fuad Əliyev açıqlayıb ki, Ermənistan Rusiya ilə qarşıdurmaya sövq edilir. Onun fikrincə, Paşinyan kabineti məcbur edilir ki, rus hərbçiləri ölkədən çıxarsınlar, yerini fransızlar tutsun. Ekspert bunu mümkün saymır və hətta hərbi çevriliş olmasını istisna etmir. F.Əliyevə görə, Paşinyan iqtidarı od içindədir və təhlükəli oyunda qurban gedə bilər.