“Pezeşkianın andiçməsinə gələn Haniyənin Tehranda yatdığı otaqda raketlə öldürülməsi ciddi siqnaldır. Bu, İranın İsrailə müharibə elan etməsinə səbəb ola bilər. Çünki İsrail birbaşa İranın paytaxtına raket zərbəsi endirib. Hazırda ölkədə fövqəladə iclas keçirilir və İsrailə qarşı növbəti qisas əməliyyatı açıqlana bilər”.
Bu fikirləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, indiyə qədər İran-İsrail savaşı proksi gedib, amma bu dəfə Tehran hədəf alınıb. Ekspert hesab edir ki, İran keçən dəfəki uğursuz qisas əməliyyatından edəcəksə, o zaman yenə özünü məsxərəyə çevirə bilər: “Pezeşkianın inaqurasiyası olan günü HƏMAS liderinin qətli yeni prezident üçün yaxşı başlanğıc olmadı. O, Qərb və İsraillə gərginliyi azaltmaq istiqamətində siyasət apara bilərdi ki, Haniyənin öldürülməsi, faktı buna imkan, verməyəcək. İndi İran prezidenti məcburdur ki, kəskin bəyanatlarla çıxış etsin. Bu hadisənin törədilməsi İran-İsrail müharibəsinin başlanmasının fitilini çəkə bilər”.
Roman