TƏCİLİ: Husilər ABŞ gəmisini raketlə VURDU

TƏCİLİ: Husilər ABŞ gəmisini raketlə VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allah Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, Yəmən donanması Amerikanın “Lewis B. Puller” gəmisi Ədən körfəzində olarkən ona gəmi əleyhinə raket zərbəsi endirib.

Qeyd edək ki, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayıblar.