TƏCİLİ: GƏLƏN İLDƏN BU XİDMƏTLƏR BAHALAŞACAQbackend

TƏCİLİ: GƏLƏN İLDƏN BU XİDMƏTLƏR BAHALAŞACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il dövlət rüsumlarının orta hesabla 25 faiz artması gözlənilir. Hökumət 2024-cü ildə dövlət rüsumlarından daxilolmaları 54 milyon manat və ya 24.8 faiz artırmağı planlaşdırır. Bu artım isə yalnız rüsumların bahalaşdırılması hesabına baş verə bilər.

Tribunainfo.az yazır ki, iqtisadçı Zöhrab İsmayıl hansı rüsmlar üzrə nə qədər bahalaşma gözlənildiyini açıqlayıb. Ekspert daha çox insanın ödədiyi rüsumları qeyd edib:

-Vətəndaşlıq vəziyyətinin qeydiyyatına görə – 33,8 faiz.
-Qiymətləndirilən iddia ərizələrinin verilməsinə görə – 18 faiz-Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi – 34,8 faiz
-Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlaına yenidən açılmış hallar üzrə ərizələr – 19 faiz
-Hüquqi şəxslərin, hüquqi şəxslərin Azərbaycandakı nümayəndəlik və fillialların qeydiyyatı – 53,3 faiz
-Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi – 15 faiz
-Kredit müqavilələrinin təminatı kimi bağlanan girov (ipoteka) müqavilələinin təsdiqi – 42,9 faiz
-İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanılan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi – 10 faiz
-Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi, ona sərəncam verilməsi ilə bağlı etibarnamələrin və nəqliyyat vasitələrindən və başqa etibarnamələrin verilməsi – 62 faiz
-Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi, sənədlərdən surət, və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fitişəkildəki şəxsin eyniliyinin təsdiqi – 95,2 faiz
-Qalan notariat hərəkətlərinin aparılması – 43,7 faiz
-Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması – 33,3 faiz
-Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi – 32,3 faiz