TƏCİLİ: Ermənistan rus sərhədçilərini aeroportdan ÇIXARIR

TƏCİLİ: Ermənistan rus sərhədçilərini aeroportdan ÇIXARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsini müzakirə edir.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Vladimir Vardanyan brifinq zamanı bildirib.

O deyib ki, erməni hərbçiləri ölkənin hava sərhədlərini qorumalıdır.

Brifinq iştirakçılarından olan Ermənistan parlamentinin digər nümayəndəsi, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan isə bildirib ki, ölkə rəhbərliyi paytaxtın “Zvartnots” hava limanında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sərhədçilərinin mövcudluğu ilə bağlı müzakirə aparır:

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, amma hələ ki, dəqiq qərar yoxdur”, – deyə o, qeyd edib.