Təbrizlilər erməniləri İrəvanın mərkəzində döydülər

Təbrizlilər erməniləri İrəvanın mərkəzində döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 17-də İrəvanda qəribə insident yaşanıb.

Tribunainfo.az xəbər verir ki, Təbrizdən Ermənistana səfər edən bir qrup turist yerli ermənilərlə toqquşub.

“Hraparak” qəzeti yazıb ki, ddava İrəvanın mərkəzi küçələrindən birində baş vermiş mübahisədən sonra start götürüb. Belə ki, resrotan mühafizəçisinin xoşagəlməz hərəkəti Güney Azərbaycandan olan sydaşlarımızın xoşuna gəlməyib və mübahisə baş verib. Söhbət daha sonra davaya çevrilib. Mühafizəçinin döyülməsindən sonra ətrafdakı ermənilər də prosesə qoşulub. Polisin müdaxiləsindən sonra münaqişə yatırılıb.

Məlumatda deyilir ki, 28 yaşlı Məhəmməd Qasim Şayeqaninejad və 38 yaşlı qardaşı istintaqa bildiriblər ki, erməni mühafizəçi onları təhqir edib. Münaqişə də bu səbəbdən baş verib.

O da qeyd edilir ki, döyülən erməni mühafizəçi bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.