Təbrizli namizəddən ŞOK: “Totalitarizmi dayandırmalıyıq”backend

Təbrizli namizəddən ŞOK: “Totalitarizmi dayandırmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat dönəmində maraqlı hadirələr yaşanır. Tribunainfo.az xəbər verir ki, seçkilərin favoritlərindən biri olan əslən azərbaycanlı Məsud Pezeşkiyan qadınlarla görüşü zamanı molla rejiminin ürəyincə olmayan fikirlər səsləndirib.
O bildirib ki, dünya ilə vuruşmaq mənasızdır. “Biz vurşmamalıyıq başqalarına caynaq və diş göstərməməliyik. Əksinə, dünya düzəninə uyğun şəkildə hərəkət etməliyik”.
Pezeşkiyan həmçinin İranda qadın hüquqularının vəziyyətindən, seçiləcəyi təqdirdə bu istiqamətdə görəcəyi işlərdən də danışıb. ““Biz türklərdə işıq sxeminin bir nümunəsi var ki, onun tərcüməsi işığın qaralığı adlanır. 40 ildir ki, hicabı müdaxilələrlə düzəltməyə çalışırıq, daha da pisləşdirməmişikmi? İşığın dizaynı bizi qaranlığa doğru çəkir”.
O həmçinin qadınları seçkilərə çağırıb. “Qəzəbli qadınlar və qızlar səs versə, bəzilərinin istədiyi totalitarizmi dayandıra bilərlər. Seçkiyə gəlin və səs verin ki, totalitarizmi dayandıra bilək”.
Pezeşkiyan İranda yaşayan etnikləri də probleminə toxunub. “Mən İranda etniklərin hansı durumda olduqlarını görürəm. Onlara lazım olan bütün dəstəyi verəcəyik. Onların bütün hüquqlarını tanıyacayıq”.