Dünən Təbrizdə Urmu gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib. Tribunainfo.az xəbər verir ki, fəallar şəhərin müxtəlif yerlərində divarlara vərəqələr yapışdırıblar.
Vərəqələrin üzərində “Türk qardaşım dur səs ver – Urmu gölünə nəfəs ver” şüarı yer alıb. Aksiyanın məqsədi əhalini gölün qurumasına biganə qalmamağa çağırmaqdır.
Fərda Uğur