Təbrizdə Pezeşkiana İNANILMAZ dəstək – qurultay çağırıldı

Təbrizdə Pezeşkiana İNANILMAZ dəstək – qurultay çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda sabah seçkilərdir. Tribunainfo.az xəbər verir ki, hazırda prezidentliyə iki namizəd mübarizə aparır və onlar ikinci turda ciddi şəkildə səs toplayacaqlarını düşünürlər.
Məsur Pezeşkiyan və Səid Cəlilinin ikinci tura qaldığı seçkilərin müqəddəratı isə bu gün Təbrizdə müəyyən oluna bilər. Tribunainfo.az xəbər verir ki, bu gün Tərbizdə Güneydə fəaliyyətdə olan rəsmi və qeyri rəsmi siyasi qüvvələrin toplantısı çağırılıb. “Güneylilərin Qurultayı” kimi təqdim edilən yığıncağın tək mövzusu var: Prezident seçkilərində Məsud Pezeşkiyana dəstəyin verilməsi, hamının seçkiyə qatılması.
Sosial şəbəkələrdə bununla bağlı ciddi çağırışlar edilib və dünən məlum olub ki, toplantıda bütün siyasi qüvvələr (bura rəsmi tanınan vbə tanınmayanlar daxildir) iştiraka razılıq veriblər. Güneydən gələn xəbərlərdə deyilir ki, təşəbbüs Təbrizin sabiq imam cüməsi, helikopter qəzasında ölən Ali-Haşimin tərəfdarlarıdır. Onlar helikopter qəzasının sui qəsd olduğunu deyir, onun araşdırlmaması səbəbindən ciddi narahatdırlar, hakimiyyət dairələrindən isə ciddi şəkildə narazıdırlar.
Onlarla yanaşı, hətta istiqlalçılar və cumhuriyyətçilər də təşəbbüsə qoşularaq, mçümkün dəstəyi verməyə hazır olduqlarını bildiriblər. Toplantıda təkcə Təbrizdən deyil, Güney Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin də iştirakı nəzərdə tutulub.
Yerli müşahidəçilər bildirir ki, qurultayda konsesnsusun əldə olunması şübhəsizdir. Onlar bildirirlər ki, birinci turda Məsud Pezeşkiyanın seçilməsinə qeyri-real baxanlar, ikinci turda şansı əldən verməmək niyyətindədirlər. “Güneydə yaşayan azərbaycanlılar özlərindən biri olan namizədi meydanda tək qoymaq fikrində deyillər. Bu fikir isə ikinci turdan sonra yaranıb. Çünki birinci turda Pezeşkiyanın səs toplayacağına, ümumiyyətlə, seçkilərdə nəticə əldə edəcəyinə bir o qədər də etimad göstərmirdirlər. İndi isə situasiya dəyişib. Şansı əldən vermək istəmirlər”.
“Güneylilər dəstək verdikdən sonra hakimiyyətin davranışı necə olacaq” sualına cavab verən ekspertlər bildirirlər ki, əgər ortaq bəyanat yayılarsa və orada Məsud Pezeşkiyana birmənalı dəstəlk verilərsə, molla rejimi seçkiləri saxtalaşdırmağa ehtiyat edəcək. “2009-cu il hadisələrindən bir təhər sıyrıla bildilər. Musəvinin seçilməsinə imkan vermədiklərinə rəğmən, etirazları yatırtmağı bacardılar. Həmin dönəmlərdə molla rejiminin cəmiyyətdə nüfuzu var idi. İndi isə durum fərqlidir. Xüsusən də, 2022-ci il hadisələrindən sonra bu nüfuz ən aşağı həddə enib. Bunun fonunda seçkiləri saxtalaşdırıb, Səid Cəlilini seçmək riskinə getməyəcəklər”.
Ekspertlər onu da deyirlər ki, molla rejimi İranın əsas siyasi mərkəzi olan Təbrizin ayağa qalxmasından həmişə narahat olub. “Digər əyalətlərdəki narazılıq və etirazları yatırmaq onlar üçün problem deyil. Lakin Təbriz ayağa qalxarsa, Güneyi sakitləşdirmək mümkün olmayacaq. Rejim bunu inqilab dövründə də, ondan sonrakı mərhələlərdə də görüb”.