Xəbər verdiyimiz kimi, tanınmış şair Mürvət Qədimoğlu Həkəri bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmasından sonra AYB-dən ayrılmaq qərarına gəlib.
Bu barədə şair Feysbuk hesabında paylaşım edib.
Bakupost.az -a açıqlama verən Mürvət Qədimoğlu AYB-yə üzv olmaq üçün Elza Seyidcahana zəmanət verənləri pisləyib:
“Elza xanımın AYB-yə qəbulundan çox narahatam. Onun dahi yazarlarımız, korifey sənətkarlarımızla bir sıraya qoyulmasına etirazımı bildirmişəm, ərizə də yazmışam. Ona zəmanət verənləri də pisləyirəm. Seçilməsinə yaxşı baxsaydım, təbrik yazardım. Amma yazsaydım, mən də Elzaya tay olardım”.
M.Qədimoğlu ərizənin təsdiqi ilə bağlı hələ ki məlumatı olmadığını deyib:
“Hələ bir söz deyən yoxdur. Onlar bəlkə də bunu etməyəcəklər. Etməməyin özü elə etmək kimidir”.