Tez-tez xaricdən gətirilmiş meyvələrin üzərində etiketə rast gəlmək mümkündür.
Tez-tez xaricdən gətirilmiş meyvələrin üzərində etiketə rast gəlmək mümkündür.
Bir çoxumuz onlara diqqət yetirmirik. Əslində isə bu doğru deyil. Belə ki, parlaq loqo ilə yanaşı onların üzərində rəqəmsal şifr yer alır.
İstehsalçılar meyvələri yalnız şirkətlərinin adına işarə etmək üçün deyil, eyni zamanda məhsul barədə məlumat göstərmək üçün markalayırlar.
Sizə meyvələrin üzərində yer alan etiketlərdəki şifrlərin açılışını təqdim edəcəyik:
4-rəqəmli şifr, ilk şifr 3 və ya 4
Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Buraya gübrələr və pestisidlər daxildir.
5-rəqəmli şifr, ilk şifr 8
Belə meyvələrin yetişdirilməsində gen mühəndisliyindən istifadə edilib. Əksər hallarda genetik modifikasiya olunmuş (GMO) meyvələr üzərindəki belə etiketlərə xaricdən gətirilmiş yemişlər, bananlar və papayyalarda rast gəlmək olur.
5-rəqəmli şifr, ilk şifr 9
Bu şifr meyvənin fermada əl üsulu ilə yetişdirildiyindən xəbər verir. Heç bir zərərli gübrələrdən istifadə edilmir. Bu meyvə orqanikdir.
Əgər meyvənin üzərində etiket yoxdursa
Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə mövsümündə alın. Çiyələyi yaz-yayda, narıngini isə qışda alın.