Təbiətdə vaxt keçirənlər daha xeyirxah olurlar – Yeni araşdırma

Təbiətdə vaxt keçirənlər daha xeyirxah olurlar – Yeni araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Guizhou Universitetinin çinli alimləri müəyyən ediblər ki, təbiətlə təmas təkcə fiziki və psixi sağlamlıq üçün faydalı deyil, həm də sosial davranışa – başqalarına kömək etmək istəyinə təsir edir.
Medicina.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Environmental Psychology” elmi nəşrində dərc olunub.
Komanda şəhərdən kənar tətillər və sosial meyllər arasındakı əlaqəni müəyyən etmək üçün dörd təcrübə keçirib.

İlk sınaq cütlüyündə 700-ə yaxın insan iştirak edib. Onların doldurduqları anketə əsasən, təbii mühitdə olmağın təsiri və digər insanların xeyrinə hərəkət etmək meyli qiymətləndirilib.
Nəticələr təbiətlə təmas, təbiətə bağlılıq və prososial davranış arasında əhəmiyyətli müsbət əlaqələr olduğunu göstərib.
Məlum olub ki, təbii mühitdə ünsiyyət insanlara maddi şeylər haqqında daha az düşünməyə kömək edir, bu da başqalarının rifahını düşünməyə imkan yaradır.
3-cü və 4-cü tədqiqatlarda da təbiətə məruz qalmanın prososial davranışa təsirləri araşdırılıb.
Onlardan birində 2 194 iştirakçı üç qrupa bölünüb. Qruplardan birinə təbiət haqqında altı dəqiqəlik videoçarx nümayiş etdirilib, ikinci qrupa şəhər haqqında videoçarx, üçüncü qrupa isə boş ekran göstərilib.
Bundan sonra könüllülər prososial davranışı ölçən tapşırıqları yerinə yetiriblər.
Tədqiqatın nəticələrinə görə, təbiət videolarına baxan iştirakçılar digərlərilə müqayisədə xeyriyyəçilik üçün daha çox ianə verməyə hazır olublar.