Təbiətlə təmas ruh halını yaxşılaşdırır
Finlandiyanın Turku Universitetinin alimləri sübut edib ki, təbiətlə ünsiyyət psixoloji sağlamlıq üçün olduqca faydalıdır. Meşədə gəzintilər, heyvanlarla əlaqə və təbiət səfərləri stressi azaldır, həyatımıza dərinlik gətirir və mənanı bərpa edir.
Finlandiyanın Turku Universitetinin alimləri bildirir ki, vəhşi təbiətlə təmas insanların psixoloji sağlamlığına müsbət təsir göstərir. Tribunainfo.az xəbər verir ki, tədqiqat People and Nature jurnalında dərc olunub.
Çoxmetodlu araşdırmada geoloqlar təbiətin insanların rifahına təsirini öyrəniblər. Məlum olub ki, təbiətə səfərlər, meşədə gəzintilər və heyvanlarla ünsiyyət psixoloji sağlamlığı yaxşılaşdırır, həyatımıza dərinlik gətirir və mənanı qaytarır. Alimlər təbiətlə ünsiyyəti həmçinin stressi azaltmağın sadə yolu kimi qiymətləndiriblər.
Tədqiqatda 15-24 və 60 yaşdan yuxarı iki yaş qrupuna aid 158 fin iştirak edib. “Fərqli yaş qrupları təbiətdə vaxt keçirmə və yerlərdə fərqlənsələr də, onlar bir çox təcrübəni paylaşırdılar”, — deyə tədqiqatın həmmüəllifi Yoha Yarekari qeyd edib. Alimin sözlərinə görə, bütün iştirakçılar təbiətin “qınamadığını və tənqid etmədiyini” anlayırdılar.
Adətən yaşlı iştirakçılar nəslərarası əlaqələrin gücləndirilməsini vacib sayırdılar. Gənclər üçün isə təbiət tənhalıq və duyğularını ifadə etmək yeri idi. “Təbiətlə əlaqə bizim üçün kimlik səviyyəsində əhəmiyyətlidir və tez-tez həyatımızın əsasını təşkil edir”, — deyə Yarekari əlavə edib.
Əvvəllər Tayvanda aparılmış tədqiqat göstərmişdi ki, təkrarlanan isti dalğaları orqanizmin bioloji yaşlanmasını sürətləndirir və xəstəlik riskini artırır. Uzunmüddətli təsir bu effektin siqaret çəkmək və ya spirtli içki qəbul etmək qədər zərərli olduğu bildirilir.
İmran Kərimli