Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Tribunainfo.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Təranə Cabbar qızı Məmmədova vəzifəsindən azad edilib.
Xanım direktor öz ərizəsi ilə işdən çıxarılıb.
Direktor vəzifəsi isə xəstəxananın baş həkimi Elnur Məzahir oğlu Abdullayevə həvalə edilib.
Qeyd edək ki, Təranə Məmmədova ötən ilin sentyabr ayında sözügedən vəzifəyə təyin edilmişdi.