Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, TƏBİB-lə bağlı iddianı işdən çıxarılan Səmədov İmaməli Ataməli oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı əmək haqqını tələb edir. Həmçinin iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsini istəyir.
Baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən işə hakim Nail Abbasov sədrlik edəcək.
Nigar