TƏBİB-in təcili olmayan yardımı – daha bir narazılıq

TƏBİB-in təcili olmayan yardımı – daha bir narazılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə TƏBİB rəhbərinin açıqlamasını oxumuşdum ki, Təcili Tibbi Yardımın ünvana gecikməsi ilə bağlı şikayətlər azalıb. Vüqar müəllimin deyəsən reallıqdan xəbəri yoxdur.

Tribunainfo.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Təcili Yardıma zəng edib düşmək adamın 20 dəqiqəsini alır:

“Çağırışı etdim, dedim briqada əlaqə saxlasın ünvanı izah edim. 40 dəqiqə səs-soraq olmadı. Yenidən yığdım, 30 dəqiqəyə güclə düşdüm. Məlum oldu ki, briqada heç çıxmayıb. Növbə varmış, çağırış çoxmuş. Cənablar! Adı üstündə “Təcili Yardım”dı ee, bu. Məsələnin ciddiliyini anlamamısız deyəsən”.

Gülşən