TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı?

TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in balansında olan İnnovasiya və Təchizat Mərkəzi daha bir böyük məbləğli tenderə hazırlaşır.

Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı elan verib.

Məlumatda bildirilir ki, həmin tender üzrə imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri alınacaq. Bu məqsədlə İTM 13 milyon 420 min 753 manat 39 qəpik xərcləməyi planlaşdırır.

Qeyd edək ki, imtiyazlı əhali qrupuna verilən dərmanların tərkibi xeyli geniş olsa da, bu kateqoriyaya aid olan insanlar həmin imkanddan yararlana bilmədiyini iddia edirlər. Onlar dövlət büdcəsindən vəsaitin ayrıldığını bildirərək, həmin vasitələrin onlara gəlib çatmadığını qeyd edirlər.

Bildirək ki, açıq mənbələrdə bu tip şikayətlərin sayı çoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur