TƏBİB-in tərkibində fəaliyyət göstərən “İnnovasiya və Təhcizat Mərkəzi” Publik Hüquqi Şəxs daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, bununla bağlı rəsmi qaynaqlar məlumat yayıblar.
“Etender.gov.az”ın məlumatına görə, TƏBİB-in qurumu “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələrinin satın alınması” üzrə satınalma müqaviləsi imzalayıb. Müqavilə isə hamının yaxşı tanıdığı “Avromed” QSC ilə bağlanılıb. Müqavilənin dəyəri isə 16.163.734,4 manat təşkil edir.
Qeyd edək ki, “Avromed” QSC ölkədə inhisarçı dərman şirkətlərindən biridir və onun rəhbəri deputat Cavanşir Feyziyevdir. Feyziyev təkcə, dərman sektorunda deyil, həmçinin siqaret monopoliyasına sahib olan firuqlardan sayılır. Belə ki, onun qardaşı hal hazırda ölkədə tütün və tütün məhsullarının topdansatışını həyata keçirir.