TƏBİB-dən bir gündə 5 tender: 2.3 milyon xərcləyəcəkbackend

TƏBİB-dən bir gündə 5 tender: 2.3 milyon xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB bir gündə biri şəhər və 4 rayonda tender elan edib. Tribunainfo.az xəbər verir ki, həmin tenderə əsasən şəhər və rayonlar müxtəlif təyinatlı satınalma müqaviləsi imzalayacaqlar.
Belə ki, elan edilmiş tenderə əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir etməyi qərarlaşdırıb. Bu məqsədlə 2.079.412,25 manat vəsait sərf etməyi nəzərədə tutublar.
Masallı rayon Mərkəzi Xəstəxanası isə tələb olunan müxtəlif növ avadanlıqların təmirini həyata keçirməyi düşünür. Bu məqsədlə TƏBİB 73.690,17 manat xərcləməyi düşünür.
Tribunainfo.az xəbər verir ki, Ağdam rayon Mərkəzi Xəstəxanası da tenderdə iştiraka qol çəkib. Bu qurum digərlərindən fərqli olaraq, mətbəə məhsulları, dəftərxana və təsərrüfat mallarını satın almağı plamnlaşdırır. Həmin işlərə isə 70.598,70 manat xərcləməyi proqnozlaşdırır.
Ağdaş rayon Mərkəzi Xəstəxanası isə təsərrüfat və digər malların satınalınması müsabiqəsində iştirak edəcək. Rəsmi qaynaqlarda göstərilir ki, TƏBİB onların bu işlərinə görə, 50.642,71 manat nəzərədə tutub.
Xaçmaz rayon Mərkəzi Xəstəxanası isə digər səhiyyə ocaqlarından fərqli olaraq, kiçik həcmli tenderə imza atıb. Belə ki, TƏBİB-in tərkibində olan bu qurum müxtəlif növ malların satınalınmasını həyata keçirməyə hazırlaşır. Bunun üçün isə dövlət büdəcsindən 22.235 manat ayrılmasını istəyib.
Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in elan etdiyi bir neçə tender nəzarətedici qurum tərəfindən ləğv edilib. Bu zaman qiymətlərin şişirdilməsi, iştirakçı sayının qanunda nəzərədə tutulandan az olması və qanunun bəzi tələblərinin pozulması əsas tutulub.